BOS-da 7 piyada keçid məntəqəsi tikilib

BOS-da 7 piyada keçid məntəqəsi tikilib Obyektlər 1 dəqiqə ərzində orta hesabla 250 nəfərin stadiona keçidini təmin edəcək
Futbol
24 May , 2021 14:04
BOS-da 7 piyada keçid məntəqəsi tikilib

Bakı Olimpiya Stadionunda (BOS) azarkeşlər üçün ümumilikdə 7 piyada keçid məntəqəsi tikilib.

Bu barədə "Report"a BOS-un Mətbuat katibi Fərid Əsədzadə məlumat verib.

Onun sözlərinə görə, obyektlər 1 dəqiqə ərzində orta hesabla 250 nəfərin stadiona keçidini təmin edəcək: "Öncəki oyunlar zamanı arenanın ərazisində çadırlar qurulurdu və yoxlanış aparatları, təhlükəsizlik avadanlarıqları oraya gətirilirdi. Bunlar isə tikilidir və daim stadionda olacaq. Aparatlar da içərisində qalacaq. Daha çadırlara ehtiyac duyulmayacaq".

Əsədzadə bildirib ki, yeni piyada keçid məntəqələri həm hüquq-mühafizə orqanlarının, həm könüllülərin, həm də gələn qonaqların işini rahatlaşdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, "2020-ci il Dövlət Büdcəsinin İcrası haqqında" Qanun Layihəsində keçid məntəqəsinin tikintisinə 3,5 milyon manat sərf olunduğu əksini tapıb.

AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi