"Borussiya"nın 81 min nəfərlik stadionu xəstəxanaya çevrilir

"Borussiya"nın 81 min nəfərlik stadionu xəstəxanaya çevrilir Almaniyanın Borussiya (Dortmund) klubunun ev oyunlarını keçirdiyi Siqnal İduna Park stadionu koronavirusla mübarizə üçün istifadə olunacaq.
Futbol
3 Aprel , 2020 18:27
Borussiyanın 81 min nəfərlik stadionu xəstəxanaya çevrilir

Almaniyanın "Borussiya" (Dortmund) klubunun ev oyunlarını keçirdiyi "Siqnal İduna Park" stadionu koronavirusla mübarizə üçün istifadə olunacaq.

"Report" Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 81 000 nəfərlik azarkeş tutumuna malik arena sabahdan müalicə mərkəzi kimi fəaliyyət göstərəcək.

Bu addımın infeksiyanın daha çox yayılmasının qarşısını almaq məqsədilə atıldığı bildirilib.

Son xəbərlər

Orphus sistemi