“Borussiya” - “Mançester Siti” matçının yeri dəyişdirildi

“Borussiya” - “Mançester Siti” matçının yeri dəyişdirildi “Borussia Münhenqladbax” – “Manchester City” arasında Çempionlar Liqası 1/8 final oyunu Macarıstan paytaxtı Budapeştdə “Puşkaş Arena” stadionunda keçiriləcək
Futbol
9 Fevral , 2021 08:19
“Borussiya” - “Mançester Siti” matçının yeri dəyişdirildi

“Borussiya" (Münhenqladbax) - “Mançester Siti” komandaları arasında Çempionlar Liqasının 1/8 final oyunu Macarıstanın paytaxtı Budapeştdə “Puşkaş Arena” stadionunda keçiriləcək.

Bu barədə “Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Məlumata görə, buna səbəb Almaniyada koronavirusa görə tətbiq edilən məhdudiyyətlərdir.

Matç planlaşdırıldığı kimi fevralın 24-də baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bundan əvvəl “Puşkaş Arena”nın “Leypsiq”-“Liverpul” matçına da ev sahibliyi edəcəyi məlum olub.

Son xəbərlər

Orphus sistemi