Borna Barişiç: "Azərbaycan millisinin yaxşı oynaması bizim səhvimiz idi"

Borna Barişiç: "Azərbaycan millisinin yaxşı oynaması bizim səhvimiz idi" Düşünürəm ki, oyuna yaxşı başladıq. Yararlana bilmədiyimiz bir neçə şansımız oldu.
Futbol
128
10 Sentyabr , 2019 00:27
Borna Barişiç: Azərbaycan millisinin yaxşı oynaması bizim səhvimiz idi

"Düşünürəm ki, oyuna yaxşı başladıq. Yararlana bilmədiyimiz bir neçə şansımız oldu".

"Report" "Sportske" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Xorvatiya millisinin futbolçusu Borna Barişiç Azərbaycan yığması ilə heç-heçə etdikləri (1:1) AVRO-2020-nin seçmə oyunundan sonra söyləyib.

27 yaşlı müdafiəçi Azərbaycan millisinin yaxşı oynadığını deyib:

"Rəqibin yaxşı oynaması bizim səhvimiz idi. Onlar bu qolu vura bildilər. Görüş əslində Macarıstanla oyuna bənzəyir. İki qarşılaşmada 4 xal itirdik. Bu, gözlədiyimiz nəticə deyil. Xüsusən də, Slovakiyaya qarşı qələbə qazandığımız (4:0) oyundan sonra. Ancaq irəli baxıb, Macarıstanla növbəti matçı düşünməliyik. Bu oyunun ikinci hissəsində yaxşı deyildik. Meydanda əsəbilik var idi".

Orphus sistemi