Bordin: "Mən də bir neçə dəfə zərbələrdən qaçmalı oldum"

Bordin: "Mən də bir neçə dəfə zərbələrdən qaçmalı oldum" Gərgin oyun oldu. Matça yaxşı başlamasaq da, buraxdığımız qoldan sonra özümüzə gəldik. Komandamız epizodları qola çevirmədiyi üçün gərginlik yaşadı. Sonadək xarakter göstərdikləri üçün futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq.
Futbol
111
1 Sentyabr , 2019 22:06
Bordin: Mən də bir neçə dəfə zərbələrdən qaçmalı oldum

"Gərgin oyun oldu. Matça yaxşı başlamasaq da, buraxdığımız qoldan sonra özümüzə gəldik. Komandamız epizodları qola çevirmədiyi üçün gərginlik yaşadı. Sonadək xarakter göstərdikləri üçün futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis matçın sonlarında baş vermiş insidentdən də danışıb:

"Siz nələrin baş verdiyini gördünüz? Orada elə bir vəziyyət yaranmışdı ki, mən də bir neçə dəfə zərbələrdən qaçmalı oldum. Yaxşı hal deyil ki, uduzan komanda rəqibi suçlayır. Məsələni araşdıracaq və müvafiq qərar verəcəyəm".

Bordin qələbə topu zamanı fair-play qaydalarının pozulmasına dair iddialara da münasibət bildirib:

"Feyr-pleyə oyunboyu riayət olunurdu. Amma oyunçu hər dəfə özünü yerə atırsa, əlverişli epizodumuzu boşa verə bilmərik".

O, "Forza Neftçi" fan-klubunun oyunları boykot etməsini belə şərh edib: "Azarkeşlərin oyuna gəlməsi komandaya əlavə motivasiya verir. Ən azı bu, evdə oynadığımızı göstərir. Onları başa düşürəm. Son nəticələrimiz yaxşı olmadı. Yenidən tribunada görmələrini istərdim. Hələ onlarla görüş olmayıb. Çempionatdakı fasilədən sonra onlarla görüşmək istərdim".

Baş məşqçi millinin oyunları ilə əlaqədar fasilə müddətində komandaya istirahət verəcəyini söyləyib. O, "Qarabağ"ın sabiq futbolçusu Donald Geryenin mümkün transferindən də danışıb: "Gerye barədə heç nə deyə bilmərəm. Fasilə müddətində transfer məsələlərini müzakirə edəcəyik. Bir neçə günlük istirahətdən sonra növbəti turun hazırlıqlarına başlayacağıq".

Son xəbərlər

Orphus sistemi