Futbol üzrə Bolqarıstan millisinə yeni baş məşqçi təyin olunub.
"Report" Bolqarıstan Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, yığma komanda Yasen Petrova tapşırılıb.
53 yaşlı bolqarıstanlı mütəxəssis bu vəzifədə müqaviləsi başa çatan Georgi Dermenciyevi əvəzləyib.
Qeyd edək ki, Yasen Petrov daha əvvəl ölkəsinin və Çinin klublarında çalışıb.