Bolqarıstan millisinin baş məşqçisi istefa verib

Bolqarıstan millisinin baş məşqçisi istefa verib Futbol üzrə Bolqarıstan millisinin baş məşqçisi Yasen Petrov istefa verib.
Futbol
6 İyun , 2022 10:06
Bolqarıstan millisinin baş məşqçisi istefa verib
Yasen Petrov

Futbol üzrə Bolqarıstan millisinin baş məşqçisi Yasen Petrov istefa verib.

"Report" "Sport.bg" nəşrinə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis Gürcüstan yığmasına 2:5 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyunundan sonra postundan ayrıldığını açıqlayıb.

Petrov komandada qalmağa haqqının olmadığını və bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

Qeyd edək ki, Bolqarıstan seçməsi ilk turda Şimali Makedoniya ilə heç-heçə edib - 1:1. Yasen Petrov 2021-ci ilin yanvarında millinin sükanı arxasına keçib.

Son xəbərlər

Orphus sistemi