Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər

Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər "Bölgələrdəki futbol klublarına dəstək fondunun təsis edilməsi o deməkdir ki, növbəti mövsüm Azərbaycan Premyer Liqasında yeni bölgə komandalarını görə bilərik"
Futbol
2 Dekabr , 2021 17:17
Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər
Mahir Məmmədov

"Bölgələrdəki futbol klublarına dəstək fondunun təsis edilməsi o deməkdir ki, növbəti mövsüm Azərbaycan Premyer Liqasında yeni bölgə komandalarını görə bilərik".

Bu fikirləri "Report"a açıqlamasında AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Mahir Məmmədov deyib.

O, fondun əsasnaməsi yaradılandan sonra maliyyə məsələlərinə baxılacağını bildirib.

Qeyd edək ki, İK-nın qərarına əsasən, regionlarda klublara maliyyə dəstəyinin təmin olunması məqsədilə bölgələrdəki futbol klublarına dəstək fondu təsis edilib. Müvafiq hüquqi prosedurların həyata keçirilməsi milli assosiasiyanın baş katibliyinə tapşırılıb.

Son xəbərlər

Orphus sistemi