"Boka Xuniors" 33-cü dəfə futbol üzrə Argentina çempionu olub

"Boka Xuniors" 33-cü dəfə futbol üzrə Argentina çempionu olub Bu, komandanın həm də ardıcıl ikinci çempionluğudur
Futbol
10 May , 2018 06:27
Boka Xuniors 33-cü dəfə futbol üzrə Argentina çempionu olub

Bakı. 10 may. REPORT.AZ/ "Boka Xuniors" futbol klubu Argentina çempionatının başa çatmasına bir tur qalmış ölkə çempionu olub.

“Report” xəbər verir ki, Buenos-Ayres klubu cümə axşamına keçən gecə "Ximnasiya və Esqrima" komandası ilə 2:2 hesablı heç-heçə edib.

İndi "Boka Xuniors" sona bir tur qalmış ikinci yerdə qərarlaşan "Qodoy-Krus" komandasını 4 xal qabaqlayır.

Bu çempionluq "Boka Xuniors" üçün 33-cü, ardıcıl isə ikinci olub. Daha çox titul isə "River Pleyt"in aktivindədir - 36.

Argentina çempionatında 28 komanda iştirak edir. Birdövrəli turnir ötən il avqustun 25-də start götürüb.

Son xəbərlər

Orphus sistemi