KİV: "Barselona" tanınmış hücumçunu icarəyə götürür

KİV: "Barselona" tanınmış hücumçunu icarəyə götürür Bakı. 21 yanvar. REPORT.AZ/ İspaniyanın “Barselona” klubu İtaliya “Sassuolo”sunun futbolçusu Kevin-Prins Boatenqi icarəyə götürəcək.
Futbol
21 Yanvar , 2019 17:08
KİV: Barselona tanınmış hücumçunu icarəyə götürür

Bakı. 21 yanvar. REPORT.AZ/ İspaniyanın “Barselona” klubu İtaliya “Sassuolo”sunun futbolçusu Kevin-Prins Boatenqi icarəyə götürəcək.

“Report”un məlumatına görə, bu barədə italiyalı jurnalist Canluka Di Martsio şəxsi saytında yazıb. O bildirib ki, Kataloniya təmsilçisi 32 yaşlı hücumçunu 2 milyon avro qarşılığında cari mövsümün sonuna qədər icarəyə götürməklə bağlı klubu ilə razılığa gəlib.

Müqavilədə “Barselona”nın qanalı forvardı 8 milyon avroya birdəfəlik transfer etməyə imkan verən bənd də yer alacaq.

Qeyd edək ki, Kevin-Prins Boatenq karyerası ərzində İtaliyanın “Milan”, Almaniyanın “Herta”, “Ayntraxt”, “Borussiya” (Dortmund), İngiltərənin “Tottenhem” və İspaniyanın “Las Palmas” komandalarında çıxış edib. O, cari mövsümdə A Seriyasında 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

Son xəbərlər

Orphus sistemi