BMT və UEFA-nın təşkilatçılığı ilə dünya futbol ulduzları arasında oyun keçiriləcək

BMT və UEFA-nın təşkilatçılığı ilə dünya futbol ulduzları arasında oyun keçiriləcək Xeyriyyə matçı üçün heyətlər müəyyənləşib
Futbol
18 Aprel , 2018 11:31
BMT və UEFA-nın təşkilatçılığı ilə dünya futbol ulduzları arasında oyun keçiriləcək

Bakı. 18 aprel. REPORT.AZ/ Aprelin 21-də İsveçrənin Cenevrə şəhərində BMT və UEFA-nın təşkilatçılığı ilə baş tutacaq xeyriyyə matçı üçün heyətlər müəyyənləşib.

“Report” qitə futbol qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Stade de Geneve” arenasında baş tutacaq görüşdə “Fiqu və onun dostları” ilə “Ronaldinyo və onun dostları” komandaları qarşılaşacaq.

Fransalı Didye Deşamın baş məşqçisi olacağı “Fiqu və onun dostlar” komandasının heyətində Luiş Fiqu, Dida, Vitor Bayya, Miçel Salqado, Frank de Bur, Rio Ferdinand, Kristian Kivu, Deyan Stankoviç, Rober Pires, Yari Litmanen, Kristian Karambö, Andrea Pirlo, Raul Qonsales, Robbi Kin, Kelli Smit və Nunu Qomeş yer alacaq.

İtaliyalı Karlo Ançelottinin rəhbərlik edəcəyi “Ronaldinyo və onun dostları” komandasına isə Ronaldinyo, Devid Ceyms, Antonios Nikopolidis, Juliano Belletti, Kafu, Edmilson, Keysi Stouni, Erik Abidal, Maykl Essyen, Yuri Corkayeff, Qaiska Mendyeta, Ronald de Bur, Henrik Larsson, Aleksandr Fray, Patrik Klüvert və Seliya Şaşiç daxil edilib.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi