BMT FIFA-nin fəaliyyətini araşdıracaq

BMT FIFA-nin fəaliyyətini araşdıracaq Yoxlamanın nəticələri 2016-cı ilin mart ayında ictimaiyyətə açıqlanacaq
Futbol
15 Dekabr , 2015 04:35
BMT FIFA-nin fəaliyyətini araşdıracaq

Bakı. 15 dekabr. REPORT.AZ/ BMT Beynəlxalq Futbol Federasiyasının (FIFA) fəaliyyətini insan hüquqlarının təminatı baxımından araşdıracaq.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, müstəqil yoxlama missiyası BMT-nin Baş katibinin xüsusi nümayəndəsi Con Raqqiyə həvalə olunub.

Yoxlamanın nəticələri 2016-cı ilin mart ayında ictimaiyyətə açıqlanacaq.

Xatırladaq ki, bu il mayın 27-də Sürixdə FİFA-nın bir sıra yüksək vəzifəli şəxsləri həbs edilib. Onlar ümumilikdə 10 milyard dollardan çox rüşvət almaqda şübhəli bilinirlər. Korrupsiya cinayətləri üzrə işdə 14 futbol funksionerinin, o cümlədən FİFA-nın iki vitse-prezidentinin adı hallanıb.

ABŞ-ın sorğusuna əsasən FİFA-nın korrupsiya qalmaqalı ilə bağlı 6 nəfəri beynəlxalq axtarışa - İnterpola verilib.

Son xəbərlər

Orphus sistemi