Bakı. 21 dekabr. REPORT.AZ/ FİFA prezidenti Yozef Blatterlə UEFA prezidenti Mişel Platini futbolla bağlı postlarından kənarlaşdırılıb. "Report"un məlumatına görə, bu barədə FİFA Etika Komitəsi qərar qəbul edib.
Onların 8 il ərzində yüksək vəzifələr tutmasına qadağa qoyulub. Bundan başqa M.Platini 80 min İsveçrə frankı məbləğində cərimələnib.