Blatter Avropanın rəmzi komandasını açıqladı

Blatter Avropanın rəmzi komandasını açıqladı FIFA-nın sabiq prezidenti Yozef Blatter Avropanın bütün dövrlər üçün rəmzi yığmasını tərtib edib.
Futbol
211
20 Aprel , 2020 12:12
Blatter Avropanın rəmzi komandasını açıqladı

FIFA-nın sabiq prezidenti Yozef Blatter Avropanın bütün dövrlər üçün rəmzi yığmasını tərtib edib.

"Report"un məlumatına görə, isveçrəli keçmiş funksioner "İzvestiya"ya müsahibəsində "11-liy"ə əfsanəvi sovet qapıçısı Lev Yaşini də daxil etdiyini bildirib. Yaşin 1954 - 1970-ci illərdə SSRİ millisinə çağırılıb və 1960-cı ildə Avropa çempionu olub. O, karyerası ərzində yalnız Moskva "Dinamo"sunun formasını geyinib. 

Avropa yığmasının heyəti: Lev Yaşin (SSRİ), Paolo Maldini (İtaliya), Frants Bekkenbauer (Almaniya), Jerar Pike (İspaniya), Yohan Kroyf (Niderland), Bobbi Mur (İngiltərə), Zinəddin Zidan (Fransa), Ferents Puşkaş (Macarıstan), Kriştianu Ronaldu (Portuqaliya), Uve Zeeler (Almaniya), Marko van Basten (Niderland). 

Qeyd edək ki, Yozef Blatter ən yaxşı baş məşqçi kimi ispaniyalı Visente Del Boskeni seçib.

Son xəbərlər

Orphus sistemi