Bill Qeyts “Mançester Yunayted”in yarımmüdafiəçisi ilə stolüstü futbol oynayıb - VİDEO

Bill Qeyts “Mançester Yunayted”in yarımmüdafiəçisi ilə stolüstü futbol oynayıb - VİDEO Bakı. 26 yanvar. REPORT.AZ/ “Microsoft” şirkətinin qurucusu Bill Qeyts İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Xuan Mata ilə stolüstü futbol oynayıb.
Futbol
26 Yanvar , 2018 15:15
Bill Qeyts “Mançester Yunayted”in yarımmüdafiəçisi ilə stolüstü futbol oynayıb - VİDEO

Bakı. 26 yanvar. REPORT.AZ/ “Microsoft” şirkətinin qurucusu Bill Qeyts İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Xuan Mata ilə stolüstü futbol oynayıb.

“Report” xəbər verir ki, ispaniyalı futbolçu ilə milyarderə Norveçin baş naziri Erna Sulberq və pakistanlı fəal Malala Yusufzay yoldaşlıq ediblər.

Qeyd edək ki, Xuan Mata futbolçuların maaşlarının 1 faizini xeyriyyəçiliyə yönəltmələri üçün “Common Goal” adlı fond təsis edib. Yarım il ərzində 18 ölkədən 36 futbolçu fonda, ümumilikdə, 439 min funt sterlinq köçürüb. 

Son xəbərlər

Orphus sistemi