Beynəlxalq Cüdo Federasiyasının prezidenti doğum gününü Bakıda qeyd edib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti doğum gününü Bakıda qeyd edib Böyük Dəbilqə üçün Azərbaycanda səfərdə olan Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer doğum gününü Bakıda qeyd edib
Futbol
183
8 Noyabr , 2021 10:34
Beynəlxalq Cüdo Federasiyasının prezidenti doğum gününü Bakıda qeyd edib

Böyük Dəbilqə üçün Azərbaycanda səfərdə olan Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer doğum gününü Bakıda qeyd edib.

"Report"un məlumatına görə, paytaxtın məşhur hotellərindən birində təşkil olunmuş tədbirə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, federasiyanın sabiq rəhbərləri Rövnəq Abdullayev və Füzuli Ələkbərov, müdafiə sənayesi naziri Mədət Quliyev, cüdoçular və idman ictimaiyyətinin digər tanınmış nümayəndələri qatılıb.

Tədbirin aparıcısı məşhur müğənni Al Bano olub. Mərasimdən fotoları cüdoçu karyerasını yenicə başa vuran Nicat Şıxəlizadə sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, Böyük Dəbilqə 5 - 7 noyabrda gerçəkləşib. Azərbaycan komandası yarışı 1 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub. Əslən Rumıniyadan olan Marius Vizerin 63 yaşı ötən gün tamamlanıb. O, IJF-yə 2007-ci ildən rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi