Beyl "Real Madrid"i tərk edir

Beyl "Real Madrid"i tərk edir İspaniya "Real Madrid"inin futbolçusu Qaret Beyl komandadan ayrıla bilər.
Futbol
15 Sentyabr , 2020 13:11
Beyl Real Madridi tərk edir
Qaret Beyl

İspaniya "Real Madrid"inin futbolçusu Qaret Beyl komandadan ayrıla bilər.

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, uelsli vingerin xidmətində İngiltərənin "Mançester Yunayted" komandası maraqlıdır.

Amma klublar hələlik təzminat məsələsində ortaq məxrəcə gələ bilmirlər.

Daha əvvəl "kral klubu"nun 31 yaşlı futbolçunu göndərmək üçün hətta onun məvacibinin yarısını ödəməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, 2013-cü ildən "Real Madrid"də çıxış edən Qaret Beyl ötən mövsüm İspaniya La Liqasında 16 oyun keçirib və 2 qol vurub.

Son xəbərlər

Orphus sistemi