Avropa Liqası: "Beşiktaş" "Vulverhempton"u, Pavel Paşayevin komandası "Gent"i qəbul edəcək - AFİŞA

Avropa Liqası: "Beşiktaş" "Vulverhempton"u, Pavel Paşayevin komandası "Gent"i qəbul edəcək - AFİŞA Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək.
Futbol
101
3 Oktyabr , 2019 08:06
Avropa Liqası: Beşiktaş Vulverhemptonu,  Pavel Paşayevin komandası Genti qəbul edəcək  - AFİŞA

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək. 

"Report"un məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" Lüksemburqda "Düdelanj"la üz-üzə gələcək. A qrupunun digər matçında İspaniya "Sevilya"sı Kipr APOEL-ini qəbul edəcək. 

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" klubu Ukraynada Belçika "Gent"i ilə qarşılaşacaq. 

Türkiyənin hər üç təmsilçisi qrupdakı ikinci oyunlarını evdə keçirəcək. "Beşiktaş" İngiltərə "Vulverhempton"unun, "Trabzonspor" İsveçrə "Bazel"inin, "Başakşehir" isə Almaniyanın Mönhenqladbax şəhərini təmsil edən "Borussiya"nın müqavimətini qırmağa çalışacaq. 

A qrupu

23:00. "Sevilya" (İspaniya) - APOEL (Kipr)

23:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan)

Xal durumu: "Düdelanj" - 3, "Sevilya" - 3, APOEL - 0, "Qarabağ" - 0.


B qrupu

23:00. "Malmö" (İsveç) - "Kopenhagen" (Danimarka)

23:00. "Luqano" (İsveçrə) - "Dinamo" (Kiyev, Ukrayna)

Xal durumu: "Kopenhagen" - 3, "Dinamo" - 3, "Luqano" - 0, "Malmö" - 0


C qrupu

23:00. "Krasnodar" (Rusiya) - "Xetafe" (İspaniya)

23:00. "Trabzonspor" (Türkiyə) - "Bazel" (İsveçrə)

Xal durumu: "Bazel" - 3, "Xetafe" - 3, "Trabzonspor" - 0, "Krasnodar" - 0.


D qrupu

23:00. "Sportinq" (Portuqaliya) - LASK (Avstriya)

23:00. "Rusenborq" (Norveç) - PSV (Hollandiya)

Xal durumu: LASK - 3, PSV - 3, "Rusenborq" - 0, "Sportinq" - 0


E qrupu

23:00. "Latsio" (İtaliya) - "Renn" (Fransa)

23:00. "Seltik" (Şotlandiya) - ÇFR (Rumıniya)

Xal durumu: ÇFR - 3, "Seltik" - 1, "Renn" - 1, "Latsio" - 0.


F qrupu

23:00. "Arsenal" (İngiltərə) - "Standard" (Belçika)

23:00. "Vitoriya" (Portuqaliya) - "Ayntraxt" (Almaniya)

Xal durumu: Arsenal - 3, "Standard" - 3, "Ayntraxt" - 0, "Vitoriya" - 0.


G qrupu

20:55. "Yanq Boyz" (İsveçrə) - "Reyncers" (Şotlandiya)

20:55. "Feyenoord" (Hollandiya) - "Portu" (Portuqaliya)

Xal durumu: "Portu" - 3, "Reyncers" - 3, "Yanq Boyz" - 0, "Feyenoord" - 0.


H qrupu

20:55. MOİK (Rusiya) - "Espanyol" (İspaniya)

20:55. "Ferentsvaroş" (Macarıstan) - "Lüdoqorets" (Bolqarıstan)

Xal durumu: "Lüdoqorets" - 3, "Ferentsvaroş" - 1, "Espanyol" - 1, MOİK - 0.


I qrupu

20:55. "Sent-Etyen" (Fransa) - "Volfsburq" (Almaniya)

20:55. "Aleksandriya" (Ukrayna) - "Gent" (Belçika)

Xal durumu: "Gent" - 3, "Volfsburq" - 3. "Sent-Etyen" - 0. "Aleksandriya" - 0.


J qrupu

20:55. "Başakşehir" (Türkiyə) - "Borussiya" (Mönxenqladbax, Almaniya)

20:55. "Volfsberq" (Avstriya) - "Roma" (İtaliya)

Xal durumu: Roma - 3, "Volfsberq" - 3, "İstanbul Başakşehir" - 0, "Borussiya" - 0.


K qrupu

20:55. "Beşiktaş" (Türkiyə) - "Vulverhempton" (İngiltərə)

20:55. "Braqa" (Portuqaliya) - "Slovan" (Bratislava, Slovakiya)

Xal durumu: "Braqa" - 3, "Slovan" - 3, "Beşiktaş" - 0, "Vulverhempton" - 0.


L qrupu

18:50. "Astana" (Qazaxıstan) - "Partizan" (Serbiya)

20:55. AZ (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə)

Xal durumu: "Mançester Yunayted" - 3, AZ - 1, "Partizan" - 1, "Astana" - 0. 

Son xəbərlər

Orphus sistemi