"Beşiktaş" UEFA Avropa Liqasının VII turunda qələbə qazanıb

"Beşiktaş" UEFA Avropa Liqasının VII turunda qələbə qazanıb Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasında qələbə qazanıb.
Futbol
22 Yanvar , 2025 21:23
Beşiktaş UEFA Avropa Liqasının VII turunda qələbə qazanıb

Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasının VII turunda qələbə qazanıb.

"Report"un məlumatına görə, "ağ-qaralar" doğma meydanda İspaniyanın "Atletik" (Bilbao) komandasına 4:1 hesabı ilə qalib gəliblər.

İstanbul təmsilçisinin heyətində Milot Raşitsa (17, 60), Rafa Silva (77) və Joau Mariu (90+2) fərqlənib. Qonaqların yeganə qolunu isə Unai Qomes (45) vurub.

Ule Qunar Solskyaerin baş məşqçisi olduğu kollektiv xallarının sayını 9-a çatdıraraq turnir cədvəlində 18-ci sırada yer alıb. "Atletik" isə 16 xalla ikincidir.

Qeyd edək ki, açılış matçında "Qalatasaray" Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə heç-heçə edib - 3:3. VII turun digər matçları yanvarın 23-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi