"Beşiktaş" Sərgən Yalçını istefaya göndərir

"Beşiktaş" Sərgən Yalçını istefaya göndərir Türkiyənin "Beşiktaş" komandasında baş məşqçi dəyişikliyi baş verə bilər.
Futbol
6 Oktyabr , 2020 17:07
Beşiktaş Sərgən Yalçını istefaya göndərir
Sərgən Yalçın

Türkiyənin "Beşiktaş" futbol komandasında baş məşqçi dəyişikliyi baş verə bilər.

"Report" "CNN Türk"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Sərgən Yalçınla yollarını ayırmağa hazırlaşır.

Superliqanın III turunda "Gənclərbirliyi" klubuna 0:1 hesabı ilə uduzduqları oyundan sonra klubun transfer siyasətini tənqid edən 48 yaşlı mütəxəssisin yaxın günlərdə istefaya göndəriləcəyi və onu Samet Aybabanın əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Sərgən Yalçın bu ilin yanvarından "Beşiktaş"a başçılıq edir.

Son xəbərlər

Orphus sistemi