"Beşiktaş" məşqləri bərpa etdi

"Beşiktaş" məşqləri bərpa etdi Türkiyədə koronavirus pandemiyasının yayılmasından sonra məşqləri bərpa edən ilk klub Beşiktaş olub.
Futbol
21 aprel 2020 14:24
Beşiktaş məşqləri bərpa etdi

Türkiyədə koronavirus pandemiyasının yayılmasından sonra məşqləri bərpa edən ilk klub "Beşiktaş" olub.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, dünəndən hazırlığa başlayan komandanın 8 futbolçusu bu gün "Nevzat Demir" bazasında məşq edib.

Hazırlıq prosesində Gökhan Gönül, Caner Erkin, Güven Yalçın, Necip Uysal, Tayler Boyd, Atiba Hatçinson və gənc qapıçı Ersin Destanoğlu iştirak ediblər.

Dünənki məşqdə isə Burak Yılmaz, Domoqoy Vida, Adem Lyayiç, Umut Nayır və Utku Yuvakuran yer alıblar.

Qeyd edək ki, aprelin 23-də Türkiyədə 4 günlük komendant saatı tətbiq olunacağından "Beşiktaş"ın futbolçuları məcburiyyətdən məşqləri evdə davam etdirəcəklər.

Son xəbərlər

Orphus sistemi