Bakı. 17 mart. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, püşk nəticəsində Türkiyənin yeganə təmsilçisi "Beşiktaş"ın da rəqibi müəyyənləşib.
Bu, Fransanın "Lion" klubudur.
Püşkün nəticələri:
"Anderlext" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)
"Selta" (İspaniya) - "Genk" (Belçika)
"Ayaks" (Hollandiya) - "Şalke" (Almaniya)
"Lion" (Fransa) - "Beşiktaş" (Türkiyə)
Qeyd edək ki, adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər. 1/4 final matçları aprelin 13-də və 20-də olacaq.