"Beşiktaş" klubu tarixində 15-ci dəfə Türkiyə çempionu olub

"Beşiktaş" klubu tarixində 15-ci dəfə Türkiyə çempionu olub Şenol Günəşin komandası qızıl medalları sona 1 tur qalmış təmin edib
Futbol
28 May , 2017 22:00
Beşiktaş klubu tarixində 15-ci dəfə Türkiyə çempionu olub

Bakı. 28 may. REPORT.AZ/ "Beşiktaş" klubu tarixində 15-ci dəfə Türkiyə çempionu olub.

"Report"un məlumatına görə, Şenol Günəşin baş məşqçisi olduğu komanda ardıcıl ikinci mövsüm qızıl medalları Super Liqada sona 1 tur qalmış təmin edib.

XXXIII turda "Qaziantepspor"un qonağı olan "qara qartallar" 4:0 hesablı qələbəyə nail olub. Bununla da xallarını 74-ə çatdıran "Beşiktaş" ən yaxın izləyicisi "Başakşehirspor"u 4 xal geridə qoyub.

Qeyd edək ki, "Beşiktaş" 2017-2018 mövsümündə mübarizəyə birbaşa Çempionlar Liqasının qrup mərhələsindən başlayacaq.

Son xəbərlər

Orphus sistemi