"Beşiktaş" klubu Mustafa Dənizliyə qarşı saymazyana münasibət göstərib

"Beşiktaş" klubu Mustafa Dənizliyə qarşı saymazyana münasibət göstərib Komandaya çempionluq qazandırmış baş məşqçilərin posterləri sırasında təcrübəli mütəxəssisə yer verilməyib
Futbol
5 Sentyabr , 2017 14:03
Beşiktaş klubu Mustafa Dənizliyə qarşı saymazyana münasibət göstərib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubu sabiq baş məşqçisi Mustafa Dənizliyə qarşı saymazyana münasibət göstərib. 

"Report"un məlumatına görə, klub rəhbərliyi komandaya çempionluq qazandırmış baş məşqçilərin "Vodafone Arena"dakı posterləri sırasında 68 yaşlı mütəxəssisin fotosuna yer verməyib.

Halbuki təcrübəli baş məşqçi 2008-2009 mövsümündə komandanı 6 ildən sonra çempionluğa qovuşdurmaqla yanaşı, Türkiyə Kuboku ilə də sevindirib.

"Beşiktaş"ı çempion etmiş baş məşqçilər arasında yalnız M.Dənizlinin fotosuna yer verilməməsinə səbəb kimi "ağ-qaralar"ın prezidenti Fikrət Ormanın Mustafa Dənizlidən acıqlı olduğu göstərilir. F.Orman bu posta gəldiyi vaxt təcrübəli mütəxəssisi baş məşqçi postuna gətirmək istəyib. Lakin həmin vaxt o, rədd cavabı alıb.

Qeyd edək ki, Fikrət Orman "Beşiktaş"a 2012-ci ildən rəhbərlik edir. Mustafa Dənizli isə bu komandada 2008 - 2010-cu illərdə çalışıb. Dənizli 2013-cü il dekabrın 3-dən 2014-cü ilin iyununadək "Xəzər Lənkəran"ın sükanı arxasında olub. 

Son xəbərlər

Orphus sistemi