"Beşiktaş" klubu erməni futbolçu ilə yollarını ayıracaq

"Beşiktaş" klubu erməni futbolçu ilə yollarını ayıracaq A.Özbilisin cari mövsümdə 5 görüşdə forma geyinməsi klub rəhbərliyini qane etmir
Futbol
23 mart 2017 16:23
Beşiktaş klubu erməni futbolçu ilə yollarını ayıracaq
Courtesy İmage

Bakı. 23 mart. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubu mövsümün sonunda Ermənistan milli komandasının futbolçusu Aras Özbilislə yollarını ayıracaq.

"Report"un "Milliyet"ə istiandən verdiyi məlumata görə, buna səbəb 27 yaşlı yarımmüdafiəçinin uzun müddət zədəli olması və ümidləri doğrultmamasıdır.

2015-c ilin yanvarında Moskvanın "Spartak" klubundan 1 milyon avro qarşılığında İstanbul təmsilçisinə transfer olunan və İspaniyanın "Rayo Valyekano" klubuna icarəyə verilən A.Özbilisin cari mövsümdə 5 görüşdə forma geyinməsi "Beşiktaş" rəhbərliyini qane etmir. Bu səbəbdən erməni futbolçu komandadan göndəriləcək.

Qeyd edək ki, A.Özbilisin "Beşiktaş"la 2020-ci ilə qədər müqaviləsi var.

Son xəbərlər

Orphus sistemi