"Beşiktaş" klubu Azərbaycanda oyun keçirəcək

"Beşiktaş" klubu Azərbaycanda oyun keçirəcək Bu barədə klub prezidenti açıqlama verib
Futbol
13 Dekabr , 2016 10:32
Beşiktaş klubu Azərbaycanda oyun keçirəcək

Bakı. 13 dekabr. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" futbol komandası Azərbaycana gələcək. "Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Fikret Orman yerli "AS TV"yə açıqlamasında bildirib.

F.Orman Azərbaycanda oyun keçirəcəklərini bildirib: "Bu cür oyun keçirməyi çox istəyirik. Əvvəlcədən hazırlanmış proqramımız var. "Beşiktaş"ın Azərbaycanda özəl matçı var. Orada keçirəcəyimi oyunun tarixi hələ dəqiqləşməyib. Həmin vaxta qədər biz Antalyada olacağıq".

Klub rəhbəri "Bursaspor"la Türkiyədə keçiriləcək xeyriyyə matçının Azərbaycandakı görüşün tarixindən asılı olduğunu söyləyib: "Bu məqsədlə Azərbaycandan bizə müraciət edənlərə müraciət ünvanladıq ki, vaxtı dəqiqləşdirsinlər. Onlar bizə cavab verən kimi "Bursaspor"un yoxlama görüşü təklifinə cavab verəcəyik".

Son xəbərlər

Orphus sistemi