"Beşiktaş"ın sabiq futbolçusu silahla 1 nəfəri öldürüb, 4-nü yaralayıb

"Beşiktaş"ın sabiq futbolçusu silahla 1 nəfəri öldürüb, 4-nü yaralayıb Türkiyənin "Fənərbağça" və "Beşiktaş" klublarının sabiq futbolçusu Sezer Öztürk silahlı insident törədib.
Futbol
27 Sentyabr , 2021 12:37
Beşiktaşın sabiq futbolçusu silahla 1 nəfəri öldürüb, 4-nü yaralayıb
Sezer Öztürk

Türkiyənin "Fənərbağça" və "Beşiktaş" klublarının sabiq futbolçusu Sezer Öztürk silahlı qətl törədib.

"Report"un məlumatına görə, veteran yarımmüdafiəçi magistralda ona yol verməyən şəxslərə atəş açıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Qeyd edək ki, Sezer Öztürk Almaniyada "Bayer" və "Nürnberq" kimi komandaların da formasını geyinib. O, 2011 - 2013-cü illərdə "Fənərbağça"da, 2013 - 2015-ci illərdə "Beşiktaş"da çıxış edib. Veteran futbolçu Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

Son xəbərlər

Orphus sistemi