"Beşiktaş"ın "Qarabağ"ın sabiq qapıçısına təklif etdiyi məbləğ bəlli oldu

"Beşiktaş"ın "Qarabağ"ın sabiq qapıçısına təklif etdiyi məbləğ bəlli oldu Türkiyənin "Beşiktaş" klubunun "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçə təklif etdiyi maaş bəlli olub.&
Futbol
2 İyul , 2020 10:37
Beşiktaşın Qarabağın sabiq qapıçısına təklif etdiyi məbləğ bəlli oldu
İbrahim Şehiç

Türkiyənin "Beşiktaş" klubunun "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçə təklif etdiyi maaş bəlli olub. 

"Report" yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Erzurumspor"la müqaviləsi mövsümün sonunda başa çatacaq 32 yaşlı qolkiperə illik 400 min avro, imza üçün 150 min avro ödəməyə hazırdır. 

Hazırda tərəflər arasında danışıqlar gedir. İddiaya görə, komandanın baş məşqçisi Sergen Yalçının ilk istəyi İbrahim Şehiç deyil. Mütəxəssis yerli qapıçılar Sinan Bolat və Volkan Babacanı komandasında görmək niyyətindədir. 

Qeyd edək ki, İbrahim Şehiçi Polşanın "Legiya" komandası da istəyir. Bosniya və Herseqovina millisinin qapıçısı "Erzurumspor"a 2018-ci ilin yayında "Qarabağ"dan keçib. O, 2015 - 2018-ci illərdə Ağdam klubunun formasını geyinib.

Son xəbərlər

Orphus sistemi