"Beşiktaş"ın legionerləri Türkiyəni tərk etdilər

"Beşiktaş"ın legionerləri Türkiyəni tərk etdilər Türkiyənin Beşiktaş klubunun futbolçuları Cermeyn Lens və Kevin-Prins Boatenq komandadan ayrılıblar.
Futbol
15 aprel 2020 17:06
Beşiktaşın legionerləri Türkiyəni tərk etdilər

Türkiyənin "Beşiktaş" klubunun futbolçuları Cermeyn Lens və Kevin-Prins Boatenq komandadan ayrılıblar.

"Report"un "NTV Spor"a istinadən məlumatına görə, rəhbərlikdən icazə alan hollandiyalı yarımmüdafiəçi ilə Qana əsilli alman hücumçu ölkələrinə yollanıblar.

Hər iki legioner ailələri ilə birlikdə İstanbulu xüsusi təyyarə ilə tərk ediblər.

Onların Superliqanın startı ərəfəsində "Beşiktaş"ın düşərgəsinə qayıdacaqları bildirilib.

Qeyd edək ki, Türkiyə çempionatının oyunları martın 19-da koronavirus pandemiyasına görə dayandırılıb.

Son xəbərlər

Orphus sistemi