"Beşiktaş"ın çempionluq mükafatının məbləği müəyyənləşib

"Beşiktaş"ın çempionluq mükafatının məbləği müəyyənləşib Bakı. 12 aprel. REPORT.AZ/ Türkiyənin Beşiktaş klubu ardıcıl üçüncü mövsüm Super Liqanın qalibi olacağı halda, futbolçularına ödəniləcək mükafatın məbləği müəyyənləşib.
Futbol
12 Aprel , 2018 11:52
Beşiktaşın çempionluq mükafatının məbləği müəyyənləşib

Bakı. 12 aprel. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubu ardıcıl üçüncü mövsüm Super Liqanın qalibi olacağı halda, futbolçularına ödəniləcək mükafatın məbləği müəyyənləşib.

"Report" "Fanatik"ə istinadən xəbər verir ki, klub prezidenti Fikret Orman hər bir futbolçuya 350 min lirə (165 min manat) ödəyəcəyini vəd edib. Onun bu addımı komandanı motivasiya etmək üçün atdığı bildirilir.

Ötən mövsüm çempionluq mükafatı 300 min lirə olub.

Qeyd edək ki, "Beşiktaş" 28 turdan sonra 56 xalla 3-cü pillədə qərarlaşıb. Lider "Başakşehir"in 59, ikinci sıradakı "Qalatasaray"ın 57 xalı var. Super Liqa 34 turdan ibarətdir. 

Son xəbərlər

Orphus sistemi