"Beşiktaş" "Fənərbağça" ilə matçda qələbəni əldən verdi

"Beşiktaş" "Fənərbağça" ilə matçda qələbəni əldən verdi Futbol üzrə Türkiyə Super Liqasının XXXI turunda "Beşiktaş" və "Fənərbağça" komandaları arasında İstanbul derbisi keçirilib.
Futbol
230
21 Mart , 2021 21:55
Beşiktaş Fənərbağça ilə matçda qələbəni əldən verdi

Futbol üzrə Türkiyə Super Liqasının XXXI turunda "Beşiktaş" və "Fənərbağça" komandaları arasında İstanbul derbisi keçirilib.

"Report"un məlumatına görə, "Vodofon Park" stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Görüşdə ilk qolu 48-ci dəqiqədə meydan sahibləri vurublar. "Ağ-qaralar"ın xorvatiyalı müdafiəçisi Domaqoy Vida fərqlənib. Qonaqların bərabərlik qolunu isə 89-cu dəqiqədə Ozan Tufan vurub.

Bu nəticədən sonra xallarını 64-ə çatdıran "Beşiktaş" liderliyini qoruyub. 59-cu xalını qazanan "Fənərbağça" isə 3-cü sırada qalıb.

Son xəbərlər

Orphus sistemi