"Beşiktaş" Cenk Tosunun əvəzinə yeni hücumçu transfer edib

"Beşiktaş" Cenk Tosunun əvəzinə yeni hücumçu transfer edib "Qartallar" kanadalı Kayl Larinlə anlaşıb
Futbol
8 Yanvar , 2018 11:25
Beşiktaş Cenk Tosunun əvəzinə yeni hücumçu transfer edib

Bakı. 8 yanvar. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubu İngiltərə "Everton"una satdığı Cenk Tosunun əvəzinə yeni hücumçu əldə edib. "Report"un "Fanatik"ə istinadən verdiyi məlumata görə, "qartallar" kanadalı Kayl Larinlə anlaşıb.

MLS klubu "Orlando Siti"də çıxış edən 22 yaşlı forvardla 3+1 illik anlaşma əldə olunub. Larin tezliklə İstanbula gələrək, rəsmi müqaviləyə imza atacaq. O, yanvarın 10-da yeni komandasının Antalyada toplanışına qatılacaq.

Qeyd edək ki, Yamayka əsilli Kayl Larin ötən mövsüm 28 oyuna 12 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. Kanada millisində isə o, 21 matçda 5 dəfə fərqlənib. 

Son xəbərlər

Orphus sistemi