"Beşiktaş" Çempionlar Liqası ilə erkən vidalaşdı

"Beşiktaş" Çempionlar Liqası ilə erkən vidalaşdı UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib.
Futbol
25 Avqust , 2020 23:54
Beşiktaş Çempionlar Liqası ilə erkən vidalaşdı

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib. 

"Report"un məlumatına görə, ilk oyun günündə 2 görüş keçirilib. Türkiyə təmsilçisi "Beşiktaş" Yunanıstanda PAOK-la üz-üzə gəlib. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. 

Serbiyanın "Srvena Zvezda" komandası isə Albaniyada "Tirana" üzərində minimal hesablı qələbə qazanıb. 

Qaliblər mübarizəni Çempionlar Liqasının, məğlublar isə Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcəklər. 

25 avqust

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

22:00. "Tirana" (Albaniya) - "Srvena Zvezda" (Serbiya) - 0:1

Qol: Fernandeş Tomane, 61 

22:00. PAOK (Yunanıstan) - "Beşiktaş" (Türkiyə) - 3:1

Qollar: Xristos Tzolis, 7; 24. Dimitrios Pelkas, 30 - Kayl Larin, 37

İstifadə olunmamış penalti: Çuba Akpom, 41 (PAOK) 

Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 11 oyunu avqustun 26-da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi