"Beşiktaş" Musa Qurbanlını "Marsel" komandası ilə oyunda izləyəcək

"Beşiktaş" Musa Qurbanlını "Marsel" komandası ilə oyunda izləyəcək Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Önder Karaveli "Qarabağ"ın futbolçusu Musa Qurbanlı ilə görüşüb
Futbol
608
26 Yanvar , 2022 09:14
Beşiktaş Musa Qurbanlını Marsel komandası ilə oyunda izləyəcək

Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Önder Karaveli "Qarabağ"ın futbolçusu Musa Qurbanlı ilə görüşüb.

"Report" "Fotospor"a istinadən xəbər verir ki, görüş Ağdam klubunun Türkiyənin Antalya bölgəsindəki toplanışı zamanı baş tutub.

Karaveli İstanbul təmsilçisinin skaut komandasını 20 yaşlı hücumçunu izləmək üçün Bakıya göndərəcək. Onlar Qurbanlıya fevralın 24-də UEFA Konfrans Liqasının pley-off mərhələsinin Fransa "Marsel"i ilə cavab görüşündə baxacaq və rəhbərliyə hesabat təqdim edəcək.

Qeyd edək ki, Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub. Musa Qurbanlı cari mövsüm Azərbaycan Premyer Liqasında 6 qol və 4 məhsuldar ötürmə ilə ən çox fərqlənən yerli oyunçudur. O, komandanın baş məşqçisi Qurban Qurbanovun oğludur.

Son xəbərlər

Orphus sistemi