Besar İseni: "Neftçi"ni yaxşı təhlil etmişik"

Besar İseni: "Neftçi"ni yaxşı təhlil etmişik" "Sabah təcrübəli komandaya qarşı oynayacağıq. Qarşılaşmaya maksimum dərəcədə hazırlaşmışıq".
Futbol
311
26 Avqust , 2020 20:55
Besar İseni: Neftçini yaxşı təhlil etmişik

"Sabah təcrübəli komandaya qarşı oynayacağıq. Qarşılaşmaya maksimum dərəcədə hazırlaşmışıq".

"Report" xəbər verir ki, bu fikirləri Şimali Makedoniyanın "Şkupi" komandasının kapitanı Besar İseni UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Neftçi" ilə matçdan əvvəl mətbuat konfransında deyib.

23 yaşlı yarımmüdafiəçi bildirib ki, cütün taleyi bir oyundan sonra həll olacaq və bu səbəbdən hər şey baş verə bilər. O, sabah yaxşı oyun sərgiləyəcəklərinə və qələbə qazanacaqlarına ümid etdiyini söyləyib: "Rəqibi yaxşı təhlil etmişik. Sabahkı matça hazırıq. Meydanda öz oyunumuzu nümayiş etdirəcəyik".

Qeyd edək ki, avqustun 27-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi