Berti Foqts Avropa Liqasında püşkatmanı düzgün hesab etmir

Berti Foqts Avropa Liqasında püşkatmanı düzgün hesab etmir "Eyni ölkənin 2 komandasının bir-birinə rəqib olmaları yolverilməzdir"
Futbol
955
9 Mart , 2017 10:05
Berti Foqts Avropa Liqasında püşkatmanı düzgün hesab etmir

Bakı. 9 mart. REPORT.AZ/ "Avrokuboklarda ən azı yarımfinal mərhələsinədək eyni ölkənin iki komandasının bir-birinə rəqib olmasına imkan verilməməlidir". 

"Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts "Bild" nəşrinə açıqlamasında Almaniyanın "Borussiya" (Mönhenqladbax) və "Şalke", Belçikanın isə "Gent" və "Genk" komandalarının Avropa Liqasının 1/8 final mərhələsində bir-birinə rəqib olmalarına münasibət bildirərkən deyib. B.Foqts hesab edir ki, 16 komandanın iştirak etdiyi püşkatmada belə hal yolverilməzdir. 71 yaşlı mütəxəssis bunun turnirin imicinə zərər verdiyini düşünür: "Almaniyadan kənarda bugünkü oyuna maraq olmayacaq. Azarkeşlər səbirsizliklə başqa ölkələrə səfər etməyi gözləyirlər. Lakin püşk onların bu istəkərinin həyata keçməsinə mane olur".

B.Foqts bildirib ki, martın 4-də Almaniya çempionatının sonuncu - XXI turu çərçivəsində Mönhenqladbax "Borussiya"sının evdə "Şalke"yə 4:2 hesabı ilə qalib gəlməsinə rəğmən, qitəmiqyaslı turnirin oyununda şanslar bərabərdir.

Bu gün 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Borussiya" "Şalke"ni, "Gent" "Genk"i qəbul edəcək. 

Qeyd edək ki, 2008 - 2014-cü ildə Azərbaycan milli komandasının baş məşqçisi olmuş Berti Foqts futbolçu karyerası ərzində yalnız Mönhenqladbax təmsilçisinin formasını geyinib. O, "Borussiya"nın heyətində 419 oyun keçirib və 32 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi