Kosovo yığmasının baş məşqçisi: "Qrupda birinci yeri tutmalıyıq" - MÜSAHİBƏ

Kosovo yığmasının baş məşqçisi: "Qrupda birinci yeri tutmalıyıq" - MÜSAHİBƏ Bakı. 17 oktyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasında Azərbaycanla birgə D Liqasının 3-cü qrupunda yer alan Kosovo yığmasının baş məşqçisi Bernar Şalland “Le Matin” qəzetinin suallarını cavablandırıb.
Futbol
17 Oktyabr , 2018 11:57
Kosovo yığmasının baş məşqçisi: Qrupda birinci yeri tutmalıyıq - MÜSAHİBƏ
0 : 00
0 : 00

Bakı. 17 oktyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasında Azərbaycanla birgə D Liqasının 3-cü qrupunda yer alan Kosovo yığmasının baş məşqçisi Bernar Şalland “Le Matin” qəzetinin suallarını cavablandırıb.

“Report” 67 yaşlı isveçrəli mütəxəssislə müsahibəni təqdim edir:

- Kosovo millisinin baş məşqçisi təyin olunmağınızdan 6 ay keçib. İşinizdən razısınız?

- Bəli, yeni macəram çox yaxşıdır. Məni bu posta İsveçrə və Ermənistan yığmalarında gördüyüm işlərə, təcrübəmə görə təyin ediblər. Hara gəldiyimi bilirdim. Federasiya gəncdir. Çünki üzvlüyə 3 ildir qəbul olunub. Biz hələ də evin təməlini qoymaqdayıq, lakin tədricən irəliləməkdəyik.

- Bu proses necə gedir?

- Biz hələ də tədqiqat mərhələsindəyik. Çünki oyunçuların çoxu Avropada inkişaf edirlər. Amma real potensial var. Oyunçuları yığmaya cəlb etmək üçün nəticə olmalıdır. Son vaxtlar albanların heyətə götürülməsi əla oldu. Belə olanda, digərləri də bizim tərəfə baxır.

- Hələlik nəticə var. Üç yoldaşlıq və dörd rəsmi matçda uduzmamısınız...

- Bu, çox yaxşıdır. Amma biz Fransa və ya Almaniyaya qarşı oynamamışıq. Nəticələrə rəğmən, ayağımızı yerə möhkəm basmalıyıq. Qrupda birinci yeri tutmalıyıq. Baxmayaraq ki, bu vəzifəyə gələndə qarşıma nəyin bahasına olursa-olsun, buna nail olmaq məqsədi qoymamışam.

- Yeni turnir olan Millətlər Liqasından xoşunuz gəlir?

- Əlbəttə! Tənqid edənləri başa düşə bilmirəm. Millətlər Liqası təqvimdəki oyun sayına təsir etməyib. Bu yarış yoldaşlıq matçlarını əvəzləyib. Bu turnir bizim kimi kiçik ölkələr üçün arzunu reallaşdırma vasitəsidir.

- AVRO-2020-yə vəsiqə qazanacağınıza inanırsınız?

- Pley-off vasitəsi ilə Avropa çempionatına iddia etmək çətin olacaq. Buna görə də Millətlər Liqası bizə daha uyğundur. Bu, həqiqətən də cəlbedici prosesdir. 2020-ci ilin martında yarımfinalda oynaya bilsək, bütün ölkə Avropa çempionatını arzulamağa başlayacaq. Avropa çempionatına vəsiqə qazanmaq Kosovo üçün fövqəladə bir şey olardı.

Son xəbərlər

Orphus sistemi