Asmir Beqoviçin "Qarabağ"da qalmasına "Milan"ın təklifi mane olub

Asmir Beqoviçin "Qarabağ"da qalmasına "Milan"ın təklifi mane olub Mövsümün ilk yarısında Qarabağda çıxış edən qapıçı Asmir Beqoviçin komandada qalmasına Milanın təklifi mane olub.
Futbol
6 Fevral , 2020 20:04
Asmir Beqoviçin Qarabağda qalmasına Milanın təklifi mane olub

Mövsümün ilk yarısında "Qarabağ"da çıxış edən qapıçı Asmir Beqoviçin komandada qalmasına "Milan"ın təklifi mane olub. 

"Report"un məlumatına görə, 33 yaşlı qolkiper yenidən Ağdam təmsilçisinin formasını geyinmək istəyib.

Bosniya və Hersoqovina yığmasının üzvü ölkə çempionu ilə razılıq əldə etməyə yaxın olsa da, İtaliya klubunun təklifi Beqoviçin seçimini dəyişməsinə səbəb olub. 

"Milan"ın təklifi olmasaydı, təcrübəli oyunçu mövsümün sonuna kimi yenidən icarə əsasında "Qarabağ"da çıxış edəcəkdi. 

Qeyd edək ki, Asmir Beqoviç müqavilə ilə İngiltərə "Bornmut"una məxsusdur. Onun klubla müqaviləsi 2021-ci ilin iyununadəkdir.

Son xəbərlər

Orphus sistemi