Benzema şantaj işində günahkar sayılaraq həbslə cəzalanıb

Benzema şantaj işində günahkar sayılaraq həbslə cəzalanıb İspaniyanın "Real Madrid" komandasının futbolçusu hazırda Yunanıstan "Olimpiakos"unda çıxış edən Matyo Valbuenanın şantaj olunması işi ilə əlaqədar günahkar sayılıb.
Futbol
24 Noyabr , 2021 13:19
Benzema şantaj işində günahkar sayılaraq həbslə cəzalanıb
Matyo Valbuena və Kərim Benzema

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Kərim Benzema hazırda Yunanıstan "Olimpiakos"unda çıxış edən Matyo Valbuenanın şantaj olunması işi ilə əlaqədar günahkar sayılıb.

"Report"un "Get French Football News" nəşrinə istinadən məlumatına görə, 34 yaşlı hücumçu azadlıqdan şərti məhrum edilmə və 75 000 avro cəriməyə məruz qalıb.

Benzema məhkəmənin 20 oktyabr iclasına klubundakı matçlara hazırlaşması səbəbindən qatılmayıb. Onun adı Valbuenanın intim məzmunlu videyazı ilə şantaj olunmasında hallanır. İstintaq hesab edir ki, təcrübəli forvard vasitəçi kimi hərəkət edərək, Fransa yığmasındakı komanda yoldaşını video-çarxın yayılmamasından ötrü şantajçılara pul ödəməyə sövq edib.

Qalmaqal üzündən hər iki futbolçu 2016-cı il Avropa çempionatında Fransa millisindən kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi