Benzema Ronaldunun rekordunu qırıb tarixə düşdü

Benzema Ronaldunun rekordunu qırıb tarixə düşdü Bu, həmçinin Madrid klubunun XXI əsrdəki ən yaxşı göstəricisidir
Futbol
196
22 Aprel , 2021 14:20
Benzema Ronaldunun rekordunu qırıb tarixə düşdü
Kərim Benzema

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunun rekordunu qırıb.

"Report"un məlumatına görə, 33 yaşlı hücumçu buna La Liqanın XXXI turunda "Kadis"i 3:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.

Görüşdə dubl edən fransalı forvard ikinci qolda Alvaro Odriosolaya məhsuldar ötürmə verib. Beləliklə, Benzema La Liqadakı məhsuldar ötürmə sayını 88-ə çatdırıb və keçmiş komanda yoldaşı Ronaldunu (87 məhsuldar ötürmə) geridə qayub.

Bu, həmçinin Madrid klubunun XXI əsrdəki ən yaxşı göstəricisidir.

Qeyd edək ki, Kərim Benzema "Real Madrid"in formasını 2009-cu ildən geyinir.

Son xəbərlər

Orphus sistemi