Benzema mövsüm ərzində qol sayında Uqo Sançesə çatıb

Benzema mövsüm ərzində qol sayında Uqo Sançesə çatıb İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema komandanın sabiq hücumçusu Uqo Sançesə məxsus nailiyyəti təkrarlayıb.
Futbol
3 May , 2022 09:22
Benzema mövsüm ərzində qol sayında Uqo Sançesə çatıb

İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema komandanın sabiq hücumçusu Uqo Sançesə məxsus nailiyyəti təkrarlayıb.

"Report"un "Opta" nəşrinə istinadən məlumatına görə, fransalı forvard cari mövsüm bütün turnirlərdə 42 qol vurub. Bu isə Benzemanı klub tarixində belə bir göstəriciyə çatanlar arasında 5-ci edib.

40 qol həddini keçənlər siyahısında Kriştianu Ronaldu, Alfredo Di Stefano və Ferents Puşkaş da var.

"Real Madrid"in bu mövsüm daha bir neçə oyununun qaldığını nəzərə alsaq, Sançesi geridə qoymaq üçün hər cür şans var.

Qeyd edək ki, Kərim Benzemanın "Real Madrid"lə müqaviləsi 30 iyun 2023-cü ilədək nəzərdə tutulub. 35 yaşlı forvard paytaxt komandasında 11 ildir forma geyinir.

Son xəbərlər

Orphus sistemi