UEFA Çempionlar Liqasının II turunun B qrupunda İspaniya təmsilçisi "Real Madrid" Almaniyanın Mönhenqladbax şəhərində "Borussiya" ilə qarşılaşıb.
“Report” xəbər verir ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. "Kral klubu"nun heyətində Kərim Benzema və Kazemiro fərqləniblər.
"Borussiya" Benzemanın Çempionlar Liqasında qol vurduğu otuzuncu klub olub. O Çempionlar Liqasında 30 müxtəlif komandaya qol vuran dördüncü futbolçu olub. Kərim Benzema bu göstərici üzrə Lionel Messi, Kriştianu Ronaldu və Raulla eyni siyahıda yer alıb.
"Borussiya" iki xal toplayaraq B qrupunun yarış cədvəlində ikinci yer tutur. "Real" 1 xalla sonuncu - 4-cü yerdə qərarlaşıb.
"Borussiya" növbəti turda səfərdə "Şaxtyor"la oynayacaq, "Real" isə evdə "İnter"i qəbul edəcək. Hər iki matç noyabrın 3-də olacaq.