Benzema əfsanəvi futbolçuların göstəricilərini təkrarlayıb

Benzema əfsanəvi futbolçuların göstəricilərini təkrarlayıb İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema komandanın sabiq hücumçuları Alfredo Di Stefano, Ferents Puşkaş və Kriştianu Ronaldunun göstəricilərini təkrarlayıb.
Futbol
6 Mart , 2022 10:56
Benzema əfsanəvi futbolçuların göstəricilərini təkrarlayıb

İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema komandanın sabiq hücumçuları Alfredo Di Stefano, Ferents Puşkaş və Kriştianu Ronaldunun göstəricilərini təkrarlayıb.

"Report" xəbər verir ki, fransalı forvard buna La Liqanın XXVII turunda evdə "Real Sosyedad"ı 4:1 hesabı ilə məğlub etdikləri oyunda nail olub.

Görüşün 76-cı dəqiqəsində fərqlənən Benzema cari mövsümdə 20-ci qolunu vurub. Təcrübəli futbolçu bununla da "kral klubun"da 6 mövsümdə 20 qol həddinə çatıb.

Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən "Real Madrid"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi