"Benfika" klubu baş məşqçisi ilə vidalaşıb

"Benfika" klubu baş məşqçisi ilə vidalaşıb Portuqaliya "Benfika"sı baş məşqçisi Jorji Jezuşla yollarını ayırıb.
Futbol
28 dekabr 2021 15:14
Benfika klubu baş məşqçisi ilə vidalaşıb

Portuqaliya "Benfika"sı baş məşqçisi Jorji Jezuşla yollarını ayırıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 67 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

2020-ci ilin yayından komandaya rəhbərlik edən baş məşqçinin göndərilməsinə futbolçularla mübahisə etməsi və komandadakı ab-havanı düzəldə bilməməsi səbəb olub.

Qeyd edək ki, Jorji Jezuş daha əvvəl 2009 - 2015-ci illərdə "Benfika"nın baş məşqçisi vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi