Almaniya millisinin müdafiəçisi: "Azərbaycanla oyuna laqeyd yanaşdıq"

Almaniya millisinin müdafiəçisi: "Azərbaycanla oyuna laqeyd yanaşdıq" "Bu səbəbdən, işimizi çətinə saldıq"
Futbol
28 Mart , 2017 10:09
Almaniya millisinin müdafiəçisi: Azərbaycanla oyuna laqeyd yanaşdıq

Bakı. 28 mart. REPORT.AZ/ "Qələbə seriyamızı davam etdirmək istəyirdik, lakin buna özümüzə əlavə çətinlik yaratmaqla nail olduq". 

"Report"un məlumatına görə, bunu Almaniya yığmasının futbolçusu Benedikt Hövedes Azərbaycan milli komandasını 4:1 hesabı ilə yendikləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra yerli mətbuata açıqlamasında deyib.

Almaniyanın "Şalke" klubunda forma geyinən 29 yaşlı müdafiəçi bildirib ki, oyuna bir qədər laqeyd yanaşıblar. Hövedesin fikrincə, görüş məhz bu səbəbdən çətin alınıb: "Düşünürəm ki, oyuna bir qədər laqeyd yanaşdıq və tam köklənə bilmədik. Bu səbəbdən, işimizi çətinə saldıq".

Qeyd edək ki, Almaniya yığması 5 turdan sonra 15 xalla C qrupunda liderliyini davam etdirir. Aktivində 7 xal olan Azərbaycan millisi isə 1 pillə geriləyərək, 4-cü sıraya düşüb.

Son xəbərlər

Orphus sistemi