Belçikanın avrokubok təmsilçiləri məlum oldu

Belçikanın avrokubok təmsilçiləri məlum oldu Belçika Futbol Liqasının Baş Assambleyası ölkə çempionatında 2019/2020 mövsümünün vaxtından əvvəl yekunlaşdığını təsdiqləyib.
Futbol
16 May , 2020 01:41
Belçikanın avrokubok təmsilçiləri məlum oldu

Belçika Futbol Liqasının Baş Assambleyası ölkə çempionatında 2019/2020 mövsümünün vaxtından əvvəl yekunlaşdığını təsdiqləyib.

"Report"un Pro-liqanın rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 turun yekununda 70 xala malik "Brügge" tarixində 16-cı dəfə çempion adını qazanıb. 55 xala malik "Gent" ikinci, 54 xalı olan "Şarlerua" üçüncü yeri tutub. 

"Brügge" 2020/2021 mövsümündə Çempionlar Liqasının qrup, "Gent" III təsnifat mərhələsindən mübarizəyə başlayacaq. "Şarlerua", "Antverpen" və "Standard" Avropa Liqasında çıxış edəcək. "Vasland-Beveren" isə elitanı tərk edib.

Belçika çempionatında klublar 30 tur oynadıqdan sonra "6-lıq" sistemi ilə "pley-off"da yarışırlar. Ölkədə idman yarışlarının keçirilməsi iyulun 31-dək dayandırılıb. Bunun əsasında liqanın vaxtından əvvəl yekunlaşdırılması və dayandırılma anınadək olan nəticələrin təsdiqlənməsi qərara alınıb.

Qeyd edək ki, daha əvvəl Avropada Fransa, Hollandiya və Kipr çempionatları koronavirus pandemiyası ilə əlaqədar ləğv olunub.   

Son xəbərlər

Orphus sistemi