Belçika son çempion Portuqaliyanı məğlub edərək 1/4 finala yüksəldi

Belçika son çempion Portuqaliyanı məğlub edərək 1/4 finala yüksəldi Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
Futbol
28 İyun , 2021 00:54
Belçika son çempion Portuqaliyanı məğlub edərək 1/4 finala yüksəldi

Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında Belçika və Portuqaliya yığmaları üz-üzə gəlib.

İspaniyanın Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda oynanılmış görüş Belçikanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 42-ci dəqiqədə Torqan Azar baxımlı qolla komandasına qələbə qazandırıb.

Roberto Martinesin baş məşqçi olduğu kollektiv 1/4 finalda İtaliya ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 2-də Almaniyanın Münhen şəhərindəki eyniadlı stadionda olacaq. Son çempion Portuqaliya isə AVRO-2020 ilə vidalaşıb.

Qeyd edək ki, günün ilk oyununda Çexiya Niderlandı 2:0 hesabı ilə üstələyərək növbəti raundda Danimarkaya rəqib olub. Çexiya - Danimarka matçı iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi