Belçika çempionatının oyunu azarkeşlərə görə vaxtından əvvəl başa çatıb

Belçika çempionatının oyunu azarkeşlərə görə vaxtından əvvəl başa çatıb "Standard" və "Şarlerua" komandaları arasında Belçika çempionatının XVII tur oyunu sonadək oynanmayıb.
Futbol
6 Dekabr , 2021 12:35
Belçika çempionatının oyunu azarkeşlərə görə vaxtından əvvəl başa çatıb

"Standard" və "Şarlerua" komandaları arasında Belçika çempionatının XVII tur matçı sonadək oynanmayıb.

"Report"un məlumatına görə, baş hakim azarkeşlərin davranışı ucbatından görüşü 87-ci dəqiqədə vaxtından əvvəl bitirmək məcburiyyətində qalıb.

Fanatlar meydana protexniki vasitələr və yad əşyalar atıblar. "Standard" tərəfdarları final fitindən sonra qonaq azarkeşlərlə dalaşıblar.

Qeyd edək ki, qarşılaşma dayandırılan vaxt "Şarlerua" 3:0 hesabı ilə öndə olub.

Son xəbərlər

Orphus sistemi