Belarusun idman və turizm naziri: “Azərbaycanın təcrübəsindən yararlanacağıq”

Belarusun idman və turizm naziri: “Azərbaycanın təcrübəsindən yararlanacağıq” “Azərbaycanın paytaxtı Bakıda da batut gimnastikası üzrə dünya çempionatı yüksək səviyyədə təşkil edilib. Azərbaycan irimiqyaslı idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyində böyük təcrübəyə malikdir. Bu təcrübə digər ölkələrə nümunədir”.
Futbol
731
20 Noyabr , 2021 21:39
Belarusun idman və turizm naziri: “Azərbaycanın təcrübəsindən yararlanacağıq”

“Azərbaycanın paytaxtı Bakıda da batut gimnastikası üzrə dünya çempionatı yüksək səviyyədə təşkil edilib. Azərbaycan irimiqyaslı idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyində böyük təcrübəyə malikdir. Bu təcrübə digər ölkələrə nümunədir”.

“Report”un məlumatına görə, bu fikirləri Belarus Respublikasının idman və turizm naziri Sergey Kovalçuk bu gün Bakıda təşkil olunan batut gimnastikası üzrə dünya çempionatı çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunan mətbuat konfransında deyib.

Sergey Kovalçuk qeyd edib ki, ilk Avropa Oyunlarını möhtəşəm təşkil edən Azərbaycan bununla dünya idman tarixində yeni səhifə açıb: “İkinci Avropa Oyunları Belarusda keçirildi və gərgin idman mübarizəsi ilə yadda qaldı. Bu uğurların qazanılmasına əsas səbəb Azərbaycanda güclü idman infrastrukturunun mövcudluğudur.

Dünya çempionatının keçirildiyi Milli Gimnastika Arenası çox möhtəşəmdir. Belaruslu gimnastların gələcəkdə burada təlim-məşq toplanışında iştirak etməsi üçün həmkarım Fərid Qayıbov ilə müzakirələr aparmışıq”.

Nazir Azərbaycan ilə Belarus arasında idman sahəsində mövcud əməkdaşlıqdan da bəhs edib. O, bildirib ki, Belarus qış idman növlərinin inkişaf etdirilməsində böyük təcrübəsi var: “Gənclər və idman naziri Fərid Qayıbov ilə müzakirələrim zamanı gələcəkdə bu təcrübənin ölkənizdə tətbiqi barədə fikir mübadiləsi apardıq. Təbii, Azərbaycanın da təcrübəsindən yararlanacağıq. Ölkənizdə bir sıra idman növləri çox inkişaf edib. Qarşılıqlı əməkdaşlıq hər iki ölkədə idmanın inkişafına töhfə verəcək”.

Nazir adətən Olimpiya Oyunlarından sonra dünya çempionatında titullu idmançıların iştirak etmədiklərini vurğulayıb. “Lakin Azərbaycanın paytaxtında təşkil olunan batut gimnastikası üzrə dünya çempionatında ən güclü və titullu idmançılar mübarizə aparırlar. Belarus idmançıları artıq Bakıda mükafatçılar sırasında yer alıblar.

Ümumiyyətlə, Belarusda batut gimnastikası ilə bağlı böyük ənənə var. Belaruslu gimnastlar Olimpiya Oyunlarında dəfələrlə mükafatçılar sırasında yer alıblar”.

S.Kovalçuk azərbaycanlı həmkarı F.Qayıbov ilə görüşün məhsuldar keçdiyini vurğulayıb. O, ölkələrimiz arasında əməkdaşlığın perspektivləri və gələcək planlar barədə də müzakirələr aparıldığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi