Belaruslu futbolçu: "Azərbaycanla oyundan yeni nələrsə öyrəndik"

Belaruslu futbolçu: "Azərbaycanla oyundan yeni nələrsə öyrəndik" "Təşkilatlanmış komandaya qarşı yaxşı oyun oldu. Matça ciddi hazırlaşmışdıq. Müdafiədə inamlı oynayıb, yaxşı hücumlar qururduq".
Futbol
2 İyun , 2021 23:22
Belaruslu futbolçu: Azərbaycanla oyundan yeni nələrsə öyrəndik

"Təşkilatlanmış komandaya qarşı yaxşı oyun oldu. Matça ciddi hazırlaşmışdıq. Müdafiədə inamlı oynayıb, yaxşı hücumlar qururduq".

"Report"un məlumatına görə, bu fikirləri Belarus yığmasının futbolçusu Yevgeni Yablonski evdə Azərbaycan millisinə 1:2 hesabı ilə uduzduqları yoldaşlıq oyunu barədə danışarkən deyib.

Ölkəsinin BATE klubunda çıxış edən yarımmüdafiəçi öz səhvlərindən qollar buraxdıqlarını bildirib: "Daha yaxşısını edə bilərdik. Amma səhvlər də bir təcrübədir. Bunları düzəldib, daha yaxşı olacağıq. Bu oyundan yeni nələrsə öyrəndik".

26 yaşlı oyunçu Azərbaycan millisinin qapısına vurulan qolu xüsusi qeyd etmələrinin səbəbini də açıqlayıb: "Artyom Bıkovun qızı dünyaya gəlib. Onu bu formada təbrik etdik. Düşünürəm ki, həm həyat yoldaşı, həm də qızı üçün xoş oldu".

Son xəbərlər

Orphus sistemi